Ruslar qan istəyir, ona görə Kremlə inanırlar – Perepelitsa

Ruslar qan istəyir, ona görə Kremlə inanırlar – Perepelitsa

Rusiya vətəndaşları Ukraynaya qarşı müharibə də daxil olmaqla, Kremlin yaydığı yalanlara və təbliğata inadla inanırlar.

AzerTimes xəbər verir ki, Ukrayna xarici siyasət araşdırmaları institutunun direktoru Qriqori Perepelitsa deyib.

“Faşizmpərəst totalitar rejim şəraitində yaşayan xalq, ordu qan və müharibə arzulayır. Ona görə də onlara yalan danışılır. Bu yalan onlara rahat şərait yaradır. İşğalçı ölkənin vətəndaşları ordudakı itkilər barədə düşünmürlər. Ruslar ukraynalıları, Ukrayna dövlətini məhv etməyə və Qərbin məğlubiyyətinə çalışırlar. Bunu Rusiya sosioloji xidmətlərinin zaman-zaman apardığı ictimai rəydə də görürük. Rusların 76%-i aqressiyanı dəstəkləyir. Ona görə də onlara, bəlkə də cəbhə xəttindəki oğullarından hansısa məlumatlar çatanda inanmırlar, düşünürlər ki, bu blefdir. Bu Ukrayna dezinformasiyasıdır, Qərb və NATO onları bilərəkdən qorxudurlar. Rus xalqı bütün bu nağıllara inanır. Onlar sadəcə inanmaq istəyirlər”, – o bildirib.

Teqlər: