Ruslar Ovannisyanı terrorçu elan edib öldürdülər

Ruslar Ovannisyanı terrorçu elan edib öldürdülər

Ukraynanın Zaporojye vilayətinin Rusiya hakimiyyəti altında olan Berdyansk rayonunda iki terrorçu məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov məlumat verib.

Məhv edilənlərdən birinin 16 yaşlı yeniyetmə Tiqran Ovannisyan olduğu bildirilib. Belə ki, onun bir nəfərlə birgə Berdyanskın sahil zolağını pulemyotlardan atəş tutduğu deyilib.

“Hüquq-mühafizə orqanlarının yaxşı əlaqələndirilmiş və operativ tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb və məhv ediliblər”, – Roqov bildirib.

Teqlər: