Rusiyada qismən səfərbərlik elan olunandan sonra 100 mindən çox rusiyalı gürcüstanda məskunlaşıb.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
O bildirib ki, 21 sentyabr 2022-ci ildən Rusiya-Gürcüstan sərhədini 700 min rusiyalı keçib, onlardan 600 mini Avropa, Türkiyə və Ermənistana gedib.
Qeyd edək ki, 21 sentyabrdan bu vaxtadək 98 min Rusiya vətəndaşı da Qazaxıstana keçib.