Ruslar ölənlərin cəsədlərini yandırmaqla Ukrayna cəbhəsində böyük itkiləri gizlətməyə çalışırlar.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hazırda Berdyansk limanının ərazisində səyyar krematoriyalardan biri gecə-gündüz işləyir. Ölən rus hərbçilərinin kremasiyası onların şəxsiyyəti müəyyən edilmədən və uçota alınmadan həyata keçirilir.