NATO-nun internet resursları “sındırılıb”.
AzerTimes xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku deyib.
O, kiber ekspertlərin insidentlə bağlı araşdırma apardığını təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl NATO Xüsusi Əməliyyat Qüvvələrinin Baş Qərargahının internet saytının rusiyalı hakerlərin hücumlarına məruz qaldığı bildirilib. Hücumda Rusiya haker qrupu “Killnet” günahlandırılıb.