Ruslar miqrantlardan daha çox cinayət törədir – Titov

Ruslar miqrantlardan daha çox cinayət törədir – Titov

Rusiya vətəndaşları miqrantlardan qorxmamalıdır, çünki ruslar gəlmələrdən daha çox cinayət törədirlər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib.

“Rusların miqrantlardan qorxduğu mənə yaxşı məlumdur. Baxmayaraq ki, tamamilə əsassızdır. Daxili İşlər Nazirliyinin statistikasına görə, Rusiya vətəndaşları miqrantlardan daha çox cinayət törədirlər”, – Titov bildirib.

Onun sözlərinə görə, hazırda rusların istənilən sahədə işləmək imkanı var, ona görə də onlar miqrantların iş yerlərini tutacağından qorxmamalıdır.

Teqlər: