Rusiya Mariupol ətrafını minalayır, istehkam qurur.
AzerTimes xəbər verir ki, bunu Mariupol merinin müşaviri Pyotr Andryuşenko deyib.
“Ruslar Aqrobaz – Berdyansk xətti boyunca torpaq yolları və əkin sahələrini qazmağa başlayıblar”,- o bildirib.
Onun sözlərinə görə, hər şey şəhərin sürətləndirilmiş və gücləndirilmiş istehkamından xəbər verir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya ordusunun qəfil əks-hücumunun qarşısını almaq üçün işğal altındakı Mariupol ətrafında müdafiə strukturları inşa etməyə başlaması ilə bağlı məlumat yaymışdı.