Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək vizasız rejim olan bir sıra ölkələrə – Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Artıq Türkiyə də çoxlarının sığınacağına çevrilib.
AzerTimes xəbər verir ki, bu barədə “FreeDom” layihəsinin süjetində deyilib.
“Artıq Rusiyada mühacirətin ikinci dalğası başlayıb. Bu proses daha qlobal xarakter daşıyacaq və İT sektorunun mütəxəssislərinə, akademiklərə, kibertəhlükəsizlik mütəxəssislərinə, mühəndislərə təsir göstərəcək. Siyasi analitiklərin proqnozlarına görə, daha 2 milyon insan ölkəni tərk edəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, FTX Sərhəd Xidmətinin məlumatına görə, Ukraynaya müdaxilənin ilk aylarında Rusiyanı təxminən 4 milyon insan tərk edib.