Ruslar Kurska 60 minlik hərbi qüvvə göndərir

Ruslar Kurska 60 minlik hərbi qüvvə göndərir

Rusiyanın Kursk vilayətində rus hərbçilərin əks-hücuma keçmə hazırlığı ilə bağlı əlamət yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna radiosuna müsahibəsində hərbi analitik Aleksey Getman deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regionda dəmir yolunun bir hissəsinə nəzarət edir:

“Rusların dəmir yolundan əsasən canlı qüvvə və texnikanın daşınması üçün istifadə etdiyini nəzərə alsaq, onlar Ukrayna qüvvələrini Sucanın şimalına doğru sıxışdırmağa çalışacaqlar. Lakin mən onların uğur qazanacağına əmin deyiləm”.

Getman qeyd edib ki, ruslar bölgəyə 60 min hərbçi toplamaq istəyirlər.

O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Seym çayı üzərindəki körpüləri partladıb və ruslar üçün qoşun yeritmək son dərəcə çətinləşir.

Teqlər: