Rusiya hərbçiləri Ukraynanın Kremençuq şəhərini raket atəşinə tutublar.
AzerTimes xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin öz Telegram kanalında məlumat verib.
“Düşmən Kremençuqa raket zərbələri endirib. Bir raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təəssüf ki, mülki infrastruktura zərbə endirilib. İlkin məlumata görə, ölən və yaralananlar var”, – o deyib.