Krımdakı rus işğalçılar qərara gəliblər ki, Ukrayna Silahlı Qüvvələrinin yarımadaya mümkün desant çıxarmaq təhlükəsi var.
AzerTimes xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ildə Krımda, daha çox yarımadanın şimal-qərb hissəsində istehkamların intensiv tikintisi aparılıb:
“Onlar o vaxtı şimal istiqamətinə çox diqqət yetirdilər. Çünki Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətindən irəliləyəcəyi gözlənilirdi. Tikintinin quruluşuna görə belə hiss olunurdu”.
Çubarov bildirib ki, indi Ukrayna ordusunun hücumları daha çox düşmənin hava hücumundan müdafiə, eləcə də logistika obyektlərinə qarşıdır:
“Qara dəniz donanmasının gəmilərinin əksəriyyətinin Rusiyadakı limanlara köçürülməsinə əsaslanaraq, ruslar indi Ukrayna ordusunun desant çıxarmasını özü üçün böyük təhlükə kimi dəyərləndirirlər. İndi onlar Qara dəniz sahillərində istehkam qurğularını yeniləyirlər”.