Ruslar Kirkorovun konsertinin ləğvini tələb etdi

Ruslar Kirkorovun konsertinin ləğvini tələb etdi

Anapadan olan ictimai fəallar yerli hakimiyyət və hüquq-mühafizə orqanlarını Filip Kirkorovun şəhərdə konsertlər keçirməsinə icazə verməməyə çağırıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Kuban Nyus” məlumat yayıb.

Məlumata görə, tələb kazaklar, milli mədəniyyətlərin nümayəndələri, eləcə də Anapanın ictimai xadimləri tərəfindən irəli sürülüb.

Bildirilir ki, Kirkorov kimi mədəniyyət xadimləri Rusiya xalqı, cəmiyyəti, mədəniyyəti və adət-ənənələri üçün artan bütün təhdidləri təbliğ edir.

Qeyd edək ki, iyulun 25-də və avqustun 10-da Anapada Kirkorovun konsertləri keçiriləcək.

Kirkorov Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid edən sənətçilər sırasındadır.

Teqlər: