Ruslar itkilərinə baxmır, yalnız dağıdırlar

Ruslar itkilərinə baxmır, yalnız dağıdırlar

Ruslar Luqansk vilayətinin inzibati sərhədinə çatmaq üçün kəndləri dağıdırlar.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Ruslar Luqansk vilayətinin inzibati sərhədinə çatmaq üçün ətraf kəndləri artilleriya atəşi ilə darmadağın edir. Yəni orada dinc əhalinin qalması, evlərdə və həyətlərdə insanların həlak olması onlara mane olmur. Onlar evlərə, mümkün istehkam kimi görünən hər binaya zərbələr endirirlər. İrəliləmək üçün şəxsi itkiləri nəzərə almırlar və sakinlərə yazıqları gəlmir”, – o bildirib.

Teqlər: