Rusiya Ukraynaya qarşı klassik imperialist müharibəsi aparır. Və əgər ruslar işğal olunmuş ərazilərdə qalarsa, müharibə uzun illər davam edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, düşmən Ukrayna ərazisini dağıtmaq, əhalinin etnik tərkibini dəyişmək və Ukrayna vətəndaşlarının kütləvi qətllərini həyata keçirmək məqsədi güdür.
“Zaporojye, Xerson, Donetsk, Luqansk vilayətləri və Krım yarımadasının əraziləri qanuni və faktiki olaraq Ukraynaya məxsusdur”, – Podolyak vurğulayıb.