Ruslar Baxmutun mərkəzinə doğru irəliləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, martın 27-də “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmut şəhər şurasının binasından bir neçə km aralıda yerləşən 5 saylı məktəbdə olub:
“Bundan başqa ruslar şəhərin şimal-qərbində, sənaye zonasında və Zelyonaya və Aleksandra Kolpakova küçələri boyunca irəliləyiblər. Bu ərazilər, Baxmutun mərkəzindən bir neçə kilometr aralıdadır. Baxmuta hücumda vaqnerçilərə rusların nizami ordu bölmələri də kömək edir”.