Rusiyanın İranın “Şahid-136” PUA-sından istifadəsi Ukraynada müharibənin gedişatına ciddi təsir göstərə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Bu dronlardan istifadə Ukraynanın HİMARS sistemlərindən istifadəsi kimi təsirli deyil. Ruslar döyüş meydanına yaxın qovşaqlara pilotsuz təyyarələr göndərmirlər, lakin onlar bu dronların çoxunu arxa bölgələrdə mülki hədəfləri vurmaq üçün istifadə ediblər. Onlar terrorun köməyi ilə qeyri-xətti effekt yaratmağa ümid edirlər”, – məlumatda deyilib.