Ruslar Gürcüstandakı beynəlxalq tədbirə buraxılmayacaq

Ruslar Gürcüstandakı beynəlxalq tədbirə buraxılmayacaq

Batumidə keçirilən “Ad Black Sea 2023” beynəlxalq reklam festivalının təşkilatçıları tədbirdə belarus və rusların iştirakına icazə verməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə festival administrasiyası məlumat yayıb.

“Festival administrasiyasının siyasətinə əsasən, Rusiya və Belarus vətəndaşlarının tədbirə qatılmasına icazə verilmir. Bu həm şirkət nümayəndələrinə, həm də fiziki şəxslərə aiddir”, – məlumatda deyilir.

Qeyd olunur ki, festivalın saytında bilet alınarkən Rusiya və Belarus ölkələr siyahısına daxil edilmir.

Teqlər: