Ruslar qorxusundan Ukraynanın geniş ərazilərini minalayırlar və bu mina sahələrinin xəritələri sadəcə olaraq mövcud deyil, bu da onlar üçün problemə çevrilir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, ehtiyatda olan polkovnik Roman Svitan deyib.
Ekspert qeyd edib ki, geri çəkilən bölük irəliləyən hərbi birliyə mina sahələrinin xəritəsini vermədiyi üçün böyük problem yaranır:
“Xəritə, sadəcə olaraq, mövcud deyil. Siz yalnız cığır boyunca necə gedəcəyinizi göstərə bilərsiniz”.