Gecə saatlarında Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol və Krivorojski rayonlarına zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
“Ağır artilleriya qüvvələrinin 7 mərmisi Nikopola düşüb. Şəhərdə onlarla fərdi yaşayış evi, təlim mərkəzi və elektrik xətləri sıradan çıxıb. Demək olar ki, 5 min ailə işıqsız qalıb”, – o bildirib.
Qeyd edək ki, atəş nəticəsində ölən və yaralanan olmayıb.