Cəbhədə vəziyyət gərgin olaraq qalır. Bununla belə, ruslar xeyli itki verirlər, ona görə də onların hücum potensialı azalıb.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
“İndi vəziyyət başqadır. 15 gün ərzində ruslar heç bir aktiv irəliləyiş əldə etməyiblər. Bununla belə, işğalçılar mülki obyektlərə və infrastruktura zərbələr endirməyə, Ukrayna şəhərlərini dağıtmağa çalışırlar. Yəni işğalçılar dinc əhaliyə qarşı raket və artilleriya terror taktikasından istifadə edirlər. Onlar bunu dayandırmırlar”, – Musiyenko bildirib.