Mart ayında Baxmut döyüşlərindən bəri Rusiya ordusu cənubda böyük itkilər verir.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Cənubda rus qoşunları nisbətən effektiv müdafiə əməliyyatları aparırlar. Hər iki tərəf böyük itkilər verir. Rusiyanın itkiləri mart ayında Baxmut uğrunda döyüşlərdən bəri ən yüksək həddə çatıb”, – hesabatda qeyd olunub.
Məlumata görə, Ukraynanın bütün istiqamətlərdə hücumları davam edir və bir neçə uğur əldə edilib.