Bu gündən etibarən Slavyansk cəbhə bölgəsinə çevrilib. Düşmən 7-10 kilometr aralıdadır.
AzerTimes xəbər verir ki, bunu şəhər meri Vadim Lyaxın deyib.
“Şəhər artıq cəbhə xəttinə çevrilib. İndi mümkün qədər çox insanın təxliyəsi vacibdir, dünənki hadisə (mərmi atışları – red.) bir işarə oldu və insanlar şəhəri daha fəal tərk etməyə başladılar”, – mer qeyd edib.