Ötən gün axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhəri Rusiya ordusu tərəfindən atəşə tutulub.
AzerTimes xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Dairəsinin rəhbəri Pavel Kirilenko bildirib.
“Çasov Yar yenidən Rusiyanın reaktiv yaylım atəşinə məruz qalıb. Ruslar yaşayış məntəqəsinə hücum ediblər. Məktəb, yaşayış binaları və fərdi evlər yanır”, – o deyib.
Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.