Ruslar bu şəhəri tərk edir – Fyodorov

Ruslar bu şəhəri tərk edir – Fyodorov

Rus işğalçı qoşunları tezliklə Melitopolu tərk edəcək.

AzerTimes xəbər verir ki, bunu şəhər meri İvan Fyodorov deyib.

“İşğalçılar Melitopolda psevdoreferendum keçirmək və növbəti informasiya müharibəsinə başlamaq istəyirlər. Amma ukraynalılar küçələrə Rusiya bayrağı ilə çıxmayacaq və Ukraynanı tam dəstəkləyirlər. Fikrimcə, müvəqqəti işğal olunmuş şəhərlərimizin ərazisində heç vaxt Rusiyaya dəstək olmayacaq”, – Fyodorov bildirib.

Onun sözlərinə görə, rusların şəhərdə uzun müddət qalmayacaqları ilə bağlı bir neçə əlamət var:

“Birincisi, ruslar sürətli şəkildə Ukrayna taxılını çıxarmaq istəyirlər. İkincisi də Melitopol rayonu ərazisində rus hərbçiləri yoxdur, onlar blokpostları tərk ediblər”.

Teqlər: