Ruslar bu şəhərə girdi, Ukrayna artilleriyası vurur

Ruslar bu şəhərə girdi, Ukrayna artilleriyası vurur

Ukrayna xüsusi təyinatlıları düşməni artilleriya ilə vurur.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Severodonetskin ruslar tərəfindən işğalı haqda danışarkən yerli kanala deyib.

O bildirib ki, Ukrayna qüvvələrinin Severodonetskdən tam çıxarıldığını demək olmaz:

“Severodonetskdə bizim xüsusi təyinatlılar qrupu fəaliyyətdədir, artilleriyanı düşmənə yönəldiblər. Başqa sözlə, Severodonetskdən tam geri çəkildiyimizi demək olmaz. Orda müəyyən hərəkətlər var, mübarizə gedir”.

Qeyd edək ki, Rusiya MN Severodonetski tam ələ keçirdiyini rəsmən elan edib.

Teqlər: