Ruslar bu şəhərdən qaçmağa hazırlaşır: Təxliyə planı…

Ruslar bu şəhərdən qaçmağa hazırlaşır: Təxliyə planı…

Zaporojye vilayətinin Enerqodar şəhərində rus işğalçıları Ukrayna Ordusunun əks-hücumunu gözləyirlər və şəhərdən qaçmağa hazırlaşırlar.

AzerTimes xəbər verir ki, bunu Enerqodar şəhərinin rəhbəri Dmitri Orlov deyib.

“Bunu təkcə qazılmış səngərlər, şəhərə yaxın ərazilərin minalanması deyil, həm də təxliyə planı da sübut edir”, – Orlov bildirib.

Onun sözlərinə görə, şəhərdəki təhsil müəssisələrində də talançılıq artmağa başlayıb:

“3 saylı uşaq bağçasından yataqları, döşəkləri və digər əşyaları çıxarmağa başlayıblar. 2 saylı gimnaziyadan isə partalar, şkaflar və digər inventarlar çıxarılır”.

Teqlər: