Ruslar bu şəhərdə uğur qazana bilmir – Britaniya

Ruslar bu şəhərdə uğur qazana bilmir – Britaniya

Rus qoşunları Severodonetskdə uğur qazana bilməyib, Mariupol və Xersonda tibbi xidmət, eləcə də dərmanlarla bağlı kritik vəziyyət yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının Tvitter hesabında məlumat yayılıb.

“Severodonetsk ətrafında döyüşlər davam edir. Rusiya hələ də şəhərin əksər hissəsini nəzarətdə saxlayır. Lakin rus qüvvələrinin şəhəri şimal və cənubdan daha geniş ərazidə mühasirəyə almaq cəhdi uğursuz olub”, – məlumatda deyilir.

Bildirilir ki, Mariupolda ciddi vəba epidemiyası təhlükəsi var:

“Xersonda çox güman ki, kritik dərman çatışmazlığı və Mariupolda böyük vəba epidemiyası təhlükəsi var. May ayında az da olsa, vəba halları qeydə alınıb. Mariupolda tibbi xidmətlər iflas vəziyyətindədir. Böyük vəba epidemiyası Mariupolun vəziyyətini daha da gərginləşdirəcək”.

Teqlər: