Baxmutdakı rus işğalçı qüvvələri tələyə düşüb, şəhəri tərk edə bilmir.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Şərqdən danışsaq, Baxmut istiqamətində yaxşı irəliləyişlər əldə edirik. Düşməni ən çox narahat edən də əslində budur. Ona görə də bizim səylərimizi yayındırmağa, başqa istiqamətlərə yönəltməyə çalışırlar”, – Malyar bildirib.