Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının Rabotino kəndinə (Zaporojye) daxil olması və orada möhkəmlənməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
AzerTimes xəbər verir ki, açıqlamada sözügedən ərazidə həqiqətən də Rusiyanın kəşfiyyat-diversiya qrupları ilə toqquşmaların olduğu, lakin qarşı tərəfin uğur qazanmadığı bildirilib.
Qeyd edək ki, bundan öncə rusların Donetsk vilayətinin Pervomayskoye qəsəbəsini ələ keçirməsi barədə məlumat yayılmışdı.