Rusiya ordusu Luqansk vilayətinin Svatovo şəhəri yaxınlığında müdafiə xətti inşa edir.
AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasından məlumat verilib.
“Ukrayna ordusunun Svatovo və Liman istiqamətində irəliləyişini dayandırmaq üçün ruslar müdafiə xəttinin mühəndis işlərini həyata keçirirlər. Onlar həmçinin itkilərin yerini doldurmaq üçün şəxsi heyəti, sursatları, yanacaq və sürtkü materiallarını həmin istiqamətə köçürməyə davam edirlər”, – məlumatda qeyd olunub.