Rus ordusu Donbasda hücum əməliyyatlarını davam etdirir və son 24 saat ərzində 7 yaşayış məntəqəsi istiqamətində irəliləməyə nail olub.
AzerTimes xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.
“Ruslar Nyu York, Tsukurino, Qornyak, Vodyanoy, Uqledar, Preçistovka və Toretsk yaxınlığında irəliləyiblər”, – ekspertlər qeyd edib.
Ukrayna Baş Qərargahı bu istiqamətlərdə hücum olduğunu təsdiqləyib. Vurğulanıb ki, son 24 saat ərzində 162 hərbi toqquşma baş verib.