Rus ordusunun Zaporojye vilayətində geriyə çəkilmələri onların əsas mövqeləri müdafiə edə bilməməsindən xəbər verir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya qoşunlarının Zaporojye vilayətinə doğru hərəkəti göstərir ki, Ukraynanın artan zərbələri fonunda onlar kritik əraziləri qoruya bilmirlər. Kreml canlı qüvvə və texnikasını Zaporojye vilayətində cəbhə xəttinə yaxın mövqelərə cəmləşdirib, Kiyevin artan zərbələrinin təsirini azaltmağa çalışır. Poloqidən geri çəkilmə xüsusilə diqqət çəkir. Şəhər kritik yol qovşağındadır. Rus qüvvələri qovşağın nəzarəti altında olmayan Tokmakı Ukraynanın əks hücumu zamanı müdafiə etməkdə çətinlik çəkəcək”, – məlumatda deyilib.