Ruslar bu istiqamətdə dəhşətli müdafiə qururlar

Ruslar bu istiqamətdə dəhşətli müdafiə qururlar

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələrinin yaxın gələcəkdə Zaporojye istiqamətində hücum perspektivlərini dəyərləndirib.

AzerTimes xəbər verir ki, o, rusların Zaporojye-Melitopol xətti boyunca hücumdan dəhşətli dərəcədə qorxduqlarını bildirib.

“Daim ora yeni qoşunlar yerləşdirirlər. Oraya təxminən dörd-altı batalyon taktiki qrupu gəldi – orada dəhşətli müdafiə qururlar.

Əlbəttə, biz hücuma keçərdik, lakin onların bu qədər sayda qoşunu ilə belə bir hücum üçün çoxlu qüvvə lazımdır”, – Arestoviç söyləyib.

Teqlər: