Ruslar bu bölgədə 2400 əsgər itirdi, taktikanı dəyişdi

Ruslar bu bölgədə 2400 əsgər itirdi, taktikanı dəyişdi

Ruslar Donetsk vilayətinin Avdeyevka bölgəsinə hücum taktikasını dəyişiblər.

AzerTimes verir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib.

O qeyd edib ki, ruslar artıq hücumların sayını azaldıblar. Eyni zamanda, rus hərbçilər ora onlarla hava bombası atmağa başlayıblar.

“Cəmi iki gecədə düşmən Avdeyevka ərazisinə 40 idarə olunan bomba atıb. Amma hazırda hücumların sayı bir qədər azalıb. Oktyabrın 22-si ilə müqayisə etsək, hətta hücum sayı iki dəfə azalıb”, – Ştupun söyləyib.

Onun sözlərinə görə, Rusiyanın taktikası qəribə bir şey deyil, çünki son beş gün ərzində rus ordusu Tavriya əməliyyat zonasında 2400-ə yaxın itki verib. Eyni zamanda, Ukrayna əsgərləri rusların 150 zirehli texnikasını, o cümlədən 54 tankını məhv edib.

Teqlər: