Ruslar bu avtomobillərə üstünlük verir

Ruslar bu avtomobillərə üstünlük verir

İyun-iyul aylarında ruslar arasında ən populyar avtomobillər Koreyanın “Kia” və “Hunday”, eləcə də Rusiyanın “Lada” avtomobilləri olub.

AzerTimes xəbər verir ki, bu barədə “Sveravto” məlumat yayıb.

“İyun və iyul aylarında rusiyalı avtomobil həvəskarları “Kia” (12%), “Hunday” (10%), “Lada” (8%) brendlərinə üstünlük veriblər”, – araşdırmada deyilir.

Dördüncü yerdə “Volksvagen” avtomobilləri qərarlaşıb. Ən məşhur modellər “Kia Rio”, “Hyundai Solaris”, “Lada Granta”, “Lada Vesta”dır. Ümumi satışların təxminən 6%-ni Çin avtomobilləri təşkil edib.

Teqlər: