Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin Pervomayskoye qəsəbəsini ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Bildirilib ki, bu qəsəbə uğrunda döyüşlər faktiki olaraq 2022-ci ilin avqustunda başlayıb:
“Bu kənd müharibənin ən qaynar nöqtələrindən birinə çevrildi və işğalçılara çox baha başa gəldi”.