Ruslar bir nöqtəyə 100 tank sürə bilər, lakin onlar böyük hücum etmək iqtidarında deyillər.
AzerTimes xəbər verir ki, bunu “Defence Express”in hərbi eksperti İvan Kiriçevski bildirib.
Onun sözlərinə görə, ruslar döyüş meydanında əməliyyatları əlaqələndirmək imkanlarına malik olmadığından iri birləşmələrdə hücum hərəkətləri həyata keçirə bilməzlər.
Kiriçevski vurğulayıb ki, ukraynalı əsgərlər orta rütbəli peşəkar rus zabitləri sıradan çıxarıblar.