Ruslar biznesini Ermənistana köçürür – Teryan

Ruslar biznesini Ermənistana köçürür – Teryan

2022-ci ildə Ermənistanda Rusiyadan olan 2,5 minə yaxın müəssisə və fərdi sahibkar qeydiyyatdan keçib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.

Teryan bildirib ki, 2022-ci ildə Ermənistanın iqtisadi sferasında sürətli artım tempi qeydə alınıb:

“Buna biznesin Rusiyadan köçürülməsi böyük dərəcədə şərait yaradıb”.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan 2022-ci ildə Ermənistana təxminən 108-110 min rusiyalının köçdüyünü bildirib.

Teqlər: