Ruslar Belarusdan hücum etməyəcək… – Səbəb

Ruslar Belarusdan hücum etməyəcək… – Səbəb

Rusiyanın Belarusdan Ukraynanın şimalına hücumu riski aşağıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Belarusdan Ukraynanın şimal-qərbinə hücum ssenarisi yaxın aylarda çətin ki, baş versin. Axı Rusiya ordusunun qurudan hücumla Ukraynanın Qərbdən təchizat xətlərini kəsmək imkanı yoxdur. Ən yaxın şərq-qərb Ukrayna dəmir yolu Belarus sərhədindən 30 km məsafədədir və Ukraynanın şimalında və Belarusdakı Pripyat bataqlıqları Volın və Rivne vilayətlərində beynəlxalq sərhəddən manevr müharibəsini son dərəcə çətinləşdirir”, – məlumatda deyilib.

Qeyd edilir ki, Ukraynanın avtomobil və dəmir yolu şəbəkəsi Polşa, Rumıniya, Slovakiya və Macarıstanla kifayət qədər qovşaqlara malikdir.

Teqlər: