Rusiya qoşunlarının Baxmut istiqamətində aktivliyi xeyli azalıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna qoşunlarının Şərq qruplaşmasının spikeri Sergey Çeravatıy deyib.
“Gördüyünüz kimi, Baxmut istiqamətində düşmənin aktivliyi xeyli azalıb. Əgər əvvəl 30, yaxud 15 döyüş toqquşması baş verirdisə, indi bu rəqəm aşağı düşüb. Bu situasiyadan hərbçilərimiz istifadə edir. Onlar düşmənə aktiv zərbələr endirir. Həmçinin cinahlarda hücum əməliyyatları həyata keçirir”, – deyə o bildirib.