Baxmut istiqamətində situasiya olduqca aktivdir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, Rusiya qoşunları Baxmutda faktiki olaraq tələdədir:
“Çünki onlar bir tərəfdən şəhərin böyük hissəsinə nəzarət edirlər, biz isə cənub-qərb hissəsinə nəzarət edirik. Lakin onlar şəhərdə hərəkət edə bilmirlər, çünki ordumuz buna imkan vermir. Ruslar faktiki olaraq şəhərdən çıxa bilmirlər. Baxmut ətrafında, cinahlar boyu – cənub cinahında irəliləyirik, şimal cinahında döyüşlər gedir”, – deyə Malyar vurğulayıb.