Rus işğalçıları Baxmut bölgəsində tədricən irəliləyirlər, lakin şəhəri hələ mühasirəyə almayıblar.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“İşğalçı qüvvələr Svatovo-Kremennoy xəttində öz mövqelərini Ukraynanın hücumlarından müdafiə etməkdə davam edir. Baxmut bölgəsində ruslar tədricən irəliləyirlər və Avdeyevka-Donetsk bölgəsində hücum əməliyyatları aparırlar. 15-20 nəfərlik kiçik rus hücum qrupları Ukraynanın mövqelərinə dərindən soxulmağa çalışır”,- məlumatda deyilib.