Baxmut ətrafında hərbi əməliyyatlar rusların Ukraynanın cənubundan çıxarılması kimi nəticələnə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, Rusiya qoşunları Ukraynanın Baxmut ətrafındakı əməliyyatlarına digər bölgələrdən qüvvələr köçürməklə cavab verəcəklər:
“Baxmuta göndərilmiş Rusiya ehtiyat qüvvələri ərazidə əldə edilən nailiyyətləri saxlamaq üçün kifayət etməsə, komandanlıq qoşunları cənubdan çıxarmaq riski ilə qarşılaşa bilər”.