Rusiya hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonunda Ukrayna ordusuna qarşı artilleriyadan istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə hərbi TG telekanalı məlumat dərc edib.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri çox güman ki, sözügedən ərazidən keçməyə çalışacaq.
Telekanalın məlumatına görə, Ukrayna ordusunun növbəti hücumu Korenevo yaxınlığında dəf edilib.
Vurğulanıb ki, daha öncə Rusiya Silahlı Qüvvələrinin nəzarətinə qaytarılan Martınovkanı yenidən Ukrayna hərbçiləri geri almaq niyyətindədir.