Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 42 “Şahid” PUA-sı ilə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Hücumun əsas istiqaməti Odessa vilayəti olub. Səma müdafiəçiləri 42 “Şahid” PUA-sından 41-ni vurmağa müvəffəq olublar”, – məlumatda bildirilib.