Son üç həftə ərzində Rusiya qüvvələri Donetsk vilayətinin Avdeyevka şəhəri istiqamətində hücumlarda ciddi itki verib. Ruslar yüzlərlə tank itirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin mexanikləşdirilimiş 47-ci əlahiddə briqadası məlumat yayıb.
Bildirilib ki, Ukrayna müdafiəçilərinin müqaviməti sayəsində qarşı tərəfi şəhəri mühasirəyə ala bilməyib:
“Üç həftədə aktiv hücumlarda ruslar yüzlərlə tankını, 250-yə yaxın digər texnikasını itirdi. Ukraynalı hərbçilər həmçinin təxminən 7 min işğalçını zərərsizləşdirib, yaxud yaralayıb”.