Ruslan Xasbulatov öldü

Ruslan Xasbulatov öldü

Bu gün axşam saatlarında Moskva ətrafındakı villasında Sovet Rusiyasının Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov ölüb.

AzerTimes xəbər verir ki, bu barədə onun doğmaları Rusiya mediasına məlumat verib.

Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub. 1965-ci ildə Moskva Dövlət Universitetini bitirib, 1980-ci ildə iqtisad elmləri doktoru adını alıb.

1990-cı ildə RSFSR-in xalq deputatı seçilib və 5 iyunda RSFSR Ali Şurasının sədr müavini təyin edilib. Cəmi 5 gündən sonra isə sədrin əvəzedicisi kimi fəaliyyətini davam etdirib. 19 oktyabr 1991-ci ildə isə RSFSR Ali Şurasının sədri seçilib.

Teqlər: