Slovakiyada dünən keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir Robert Fitsonun Rusiyayönümlü “Smer SD” Partiyası irəlidədir.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiya mətbuatı yazıb.
Məlumata görə, səslərin 99.5 faizi sayılıb və “Smer SD” Partiyası 22.95 faiz səslə liderdir. Avropa Parlamentinin vitse-spikeri Mixal Şmeçin rəhbəri olduği Proqressiv Slovakiya Partiyası 17.96, keçmiş baş nazir Peter Pelleqrininin Səs Partiyası isə 14.71 faiz səs toplayıb.
“Politiko” nəşrinin məlumatına görə, heç bir partiya tam üstünlük əldə edə bilmədiyi üçün təkbaşına hökumət qura bilməyəcək və koalisiya qurmaq üçün tərəfdaşlar tampmağa məcbur olacaqlar.
Seçkilərin yekun nəticələri bu gün elan olunacaq.