Ermənistan müxalifəti 5 noyabrda sülh sazişi və aparılan danışıqlarla bağlı aksiya keçirəcəyini elan edib.
AzerTimes xəbər verir ki, illərlə Qarabağ konfliktindən siyasi məqsədləri üçün istifadə edən Robert Köçəryan da mitinqdə iştirak edəcəyini açıqlayıb.
Müxalifətin mitinqi 15:00-da İrəvandakı Fransa meydanında başlayacaq.
Qeyd edək ki, rusiyayönlülərin Fransa meydanını seçməsi də mesaj xarakterlidir.