Rusiyaya zərbədən öncə ABŞ peyki çəkiliş aparıb

Rusiyaya zərbədən öncə ABŞ peyki çəkiliş aparıb

Zərbə endirilməzdən öncəki 3 gün ərzində ABŞ-ın GeoEye-1 peyki Belqoroddan görüntülər qeydə alıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Rusiyanın dövlət agentliyinin iddiasına görə, Belqoroddan çəkilişlər 30 iyundan bəri aparılıb.

Bununla yanaşı, digər ABŞ peyklərinin də (Worldview-2 и Worldview-3) Belqoroddan 20, 22 və 27 iyunda çəkilişlər etdiyi bəlli olub.

Qeyd edək ki, Rusiya 3 iyulda Ukraynanın Toçka-U ilə Belqoroda zərbələr endirdiyini açıqlayıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zərbə nəticəsində 4 nəfərin öldüyü, 11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə ziyan dəydiyini açıqlayıb.

Teqlər: